Logo

Sumqayıtda müəllimlərin vaksinasiyası üçün 2 məktəbdə mərkəz yaradılıb - VİDEO

07.04.2021 14:20 539 baxış
IMG

Sumqayıt şəhərində təhsil işçilərinin vaksinasiyası davam edir. Bunun üçün iki məktəbdə Təbiət Elmləri Təmayüllü Gimnaziya və 31 saylı tam orta məktəbdə mərkəz yaradılıb.

 

Aprelin 5- dən bütün təhsil işçiləri yaşından asılı olmayaraq vaksinasiya edilir. Sumqayıt şəhərində indiyədək 4021 nəfər təhsil işçisi artıq peyvənd olunub.

 

Artıq yaşından asılı olmayaraq bütün təhsil işçilərinin vaksinasiyaya cəlb olunması qərarı verilib və növbəlilik qrafiki əsasında onlar bu prosesdə aktiv iştrak edirlər.

 

Qeyd edək ki, ümumilikdə Sumqayıt üzrə təxminən 6000 təhsil işçisi var.

 

https://www.youtube.com/watch?v=d77JLTZDqnU&feature=emb_logo

Xəbər lenti