Logo

BDU-da sağlam həyat tərzinin təbliğinə dair təlim keçirilib - FOTO

28.02.2024 14:18 212 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə birgə “Sağlam həyat tərzi” adlı təlim keçirib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, təlimdə çıxış edən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı Zümrüd Kazımova gənc nəslin sağlam böyüməsi, zərərli vərdişlərdən uzaq olmasının prioritet məsələlərdən biri olduğunu söyləyib. O qeyd edib ki, fiziki tərbiyə gənclərin sağlam həyat tərzinin formalaşması üçün böyük təsir qüvvəsinə malikdir. Bunun üçün ilk növbədə gündəlik həyat fəaliyyəti zamanı əmələ gəlmiş bir sıra zərərli vərdişlərdən uzaqlaşmaq lazımdır.

Zümrüd Kazımova müasir dövrdə bu vərdişlərdən ən geniş yayılanlarının siqaret, spirtli içkilər və narkomaniyaya olan aludəçilik olduğunu qeyd edib. O, zərərli vərdişlərin maddələr mübadiləsinə mənfi təsir göstərməklə orqanizmin normal inkişafına mane olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, bu zərərli vərdişlərin tərgidilməsi üçün ən səmərǝli vasitə yeniyetmələrin bədən tərbiyəsi vərdişlərinin formalaşdırılmasıdır.

Daha sonra tələbələrə gündəlik sağlam rejimin qrafiki izah edilib.

Təlim tələbələrin mövzu ilə bağlı suallarının cavablandırılması ilə başa çatıb.

Xəbər lenti