Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Brunssum Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən hərbi həkimlərin iştirakı ilə "Hərbi tibb kursu" keçirilir.
Tehsil.biz xəbər verir ki, bu barədə MN-dən bildirilib.
Məlumata görə, Milli Müdafiə Universitetində keçirilən kursda iştirakçılara mobil təlim qrupu tərəfindən "NATO-nun tibbi dəstəyi", "Hərbi tibbi planlaşdırma" və "Tibbi təxliyənin planlaşdırma"sı və digər mövzularında məruzələr təqdim olunur.
Mart ayının 1-dək davam edəcək kursun keçirilməsində əsas məqsəd tibb ixtisaslı hərbi qulluqçuların üzərinə düşən tibbi təminat tapşırıqlarının dövrün tələbləri çərçivəsində qurulmasını təmin etmək, eləcə də hərbi tibb sahəsində yeniliklərin tətbiqini sürətləndirməkdir.