Logo

Rəsulzadənin məzarı abadlaşdırılır

28.02.2024 19:22 173 baxış
IMG

Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin Türkiyənin paytaxtı Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılmasına başlanılıb.

Tehsil.biz xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd olunması ilə bağlı Sərəncamına əsas tutaraq görülən işlər Türkiyənin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilir və M.Ə.Rəsulzadənin vəfat ildönümü olan 6 mart tarixinə qədər yekunlaşması nəzərdə tutulur.

Xəbər lenti