Logo

Müxtəlif məktəblərin müəllimləri bir məktəbdə nümunəvi dərslər keçiblər - FOTO

28.02.2024 19:53 150 baxış
IMG

“Məktəblərin əməkdaşlığı ilə 45 dəqiqəlik dərs nümayişi” layihəsi çərçivəsində nümunəvi dərslər keçirilib.

Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.

Nümunəvi dərslərdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva, BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə, Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Təlimə Dəstək Mərkəzinin metodistləri, bir sıra paytaxt məktəblərinin rəhbərləri və müəllimlər iştirak ediblər.

Bakı şəhəri 144 nömrəli tam orta məktəbin təşəbbüsü ilə nümunəvi dərslərin keçirilməsində əsas məqsəd kurasiyaya daxil olan məktəblər arasında idarəetmənin optimallaşdırılması, effektiv kommunikasiyanın yaradılması, birgə əməkdaşlığın təmin olunması ilə 45 dəqiqəlik dərsin ən yaxşı formada təşkilindən ibarətdir.

Nümunəvi dərslərlə əlaqədar məktəbdə keçirilən üç hissədən ibarət görüş zamanı BŞTİ-nin monitorinq nəticələrinin təhlili və dərsdinləmə qaydaları barədə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, nümunəvi dərsləri keçmək üçün müəllimlər kurasiyaya daxil olan müxtəlif məktəblərdən cəlb olunublar. Fərqli mühitlərdə öyrənməni təmin edən müəllimlər öz pedaqoji ustalıqlarını məharətlə təqdim ediblər.

Xəbər lenti