Logo

Süleyman Ələsgərovun 100 illiyinə həsr edilmiş konsert olub - FOTO

28.02.2024 20:59 226 baxış
IMG

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Filarmoniyadan "Tehsil.biz"ə bildirilib ki, akademik Rafael Hüseynov bəstəkarın həyat və yaradıcılığı barədə dinləyicilərə geniş məlumat verib.

Sonra bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə solistlər - Xalq artistləri Samir Cəfərov, Elşən Mansurov, Əməkdar artistlər Almaz Orucova, Anar Şuşalı, Ramil Qasımov, Aşıq Samirə, Arzu Əliyeva, Çinarə Heydərova, Respublika və beynəlxalq müsabiqələr laureatları Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Bəhruz Zeynalov, Hikmət Qasımov və Elşad Şıxəliyev bəstəkarın sevilən əsərlərini ifa ediblər.

Xəbər lenti