Logo

Bu gün Çingiz Abdullayevin doğum günüdür

07.04.2021 14:50 397 baxış
IMG

Bu gün dünya şöhrətli detektiv yazıçı, hüquq elmləri doktoru  Çingiz Abdullayevin doğum günüdür.

 

Tehsil.biz xəbər verir ki, Çingiz Abdullayev 7 aprel 1959-cu il Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olub, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışıb.

 

Ç.Abdullayev 1976-cı  ildə Bakıda 189 saylı şəhər məktəbini bitiribdir. 1976-1981-ci  illərdə  Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitiribdir.Əmək fəaliyyətinə 1981-ci ildə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlayıb. 1984-1986- cı  illərdə Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olub. Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olub.

 

Dünya şöhrətli  yazıçı 1988-ci   ildə Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib, hüquq elmləri namizədi alimlik dərəcəsi alıb.1989-cu  ildən Polşanın Krakov Universitetinin fəxri professorudur. 1990-cı ildə H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri və 1991-ci  ildən  isə Azərbaycan Yazıçılar Birliyinin katibi  seçilibdir. 1990-cı  ildən Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur.Yazıçı 1991-ci  ildə Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyasını müdafıə edibdir. 1990- cı  ildən Azərbaycan PEN klubunun vitse-prezidentidir.

 

Dünya şöhrətli detektiv yazıçı, hüquq elmləri doktoru  Çingiz Abdullayev ədəbi fəaliyyətə tələbəlik dövründən başlayıb. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır.Bununla  yanaşı  ingilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunubdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılaraq, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıbdır. 194 adda kitabın müəllifidir. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhzuldar müasir yazıçılardan biri kimi tanıtdırıb. Xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif olunub. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində 1978-ci  ildə Çexoslovakiya, Yuqoslaviya, 1986-cı ildəBolqarıstan, 1989-cu  illərdə Danimarka və  Polşa kimi  şəhərlərdə  səfərlərdə olub.

 

Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.

 

2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir. Həmçinin, 30 mart 2015-ci ildən “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədridir.

Xəbər lenti