Logo

"Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlaması böyük hədəflərə hesablanmış layihədir"

29.02.2024 09:43 215 baxış
IMG

"Türkiyə-Azərbaycan Universitetinin Bakıda açılacağı və fəaliyyətə başlayacağı günü Azərbaycan xalqı böyük səbirsizliklə gözləyir".

Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, bu universitetin açılması Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirməklə yanaşı, dövlətlərarası münasibətlərimizi inkişaf etdirəcək çox əhəmiyyətli bir hadisədir:

"Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fikri altında Azərbaycan-Türkiyə münasibətlərində böyük nailiyyətlər əldə olunub. Bu nailiyyətləri gələcək nəsillərə çatdırmaq üçün yetkin, vətənpərvər, dövlətlərimizin və xalqlarımızın ortaq dəyərlərini dərindən mənimsəyən yeni gənclər yetişməlidir. Məhz bu baxımdan Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlaması böyük hədəflərə hesablanmış layihədir. AMEA Türkiyə-Azərbaycan Universitetinin kadr potensialının formalaşmasına öz töhfəsini verməyə hazırdır".

Xəbər lenti