Logo

I Müalicə Profilaktika fakültəsində tədrisin təşkili müzakirə olunub

07.04.2021 15:03 79 baxış
IMG

Azərbaycan Tibb Universitetinin (ATU) I Müalicə Profilaktika Fakültəsinin Elmi Şurasının növbəti iclası baş tutub.

 

Onlayn formatda keçirilən iclasda 2020/2021-ci tədris ilinin yaz semestrinində tədris prosesinin təşkili, müşahidə olunan durum, aralıq imtahanlar, onlayn və ənənəvi dərslərin keçirilməsi qaydaları haqqında müzakirələr aparılıb.

 

İclasda fakültə  dekanı, dosent Elşad Novruzov, Histologiya, Embriologiya və Sitologiya kafedrasının müdiri, professor Eldar Qasımov, III Cərrahi Xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalov  və digərləri gündəliyə daxil olan mövzular haqqına fikirlərini açıqlayıblar.

 

Toplantıda həmçinin tələbələri narahat edən bəzi məsələlər müzakirəyə çıxarılıb. Bəzi problemlərin həlli ilə bağlı yerindəcə  müvafiq kafedralara tapşırıqlar verilib. İclasın sonunda Elmi Şura üzvlərini maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti