Logo

"Gənc alimə ev verməkdənsə, elə maaş verək ki, həm ev ala bilsin, həm motivasiyası olsun"

29.02.2024 12:10 210 baxış
IMG

"Gənclərə vəd verməkdənsə, səlahiyyət və maliyyə verməliyik".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı bildirib.

"Hazırda bu zalda gənc alimlər arxada əyləşib, hesab edirəm ki, bu elm sahəsində gənclərə münasibəti göstərir. Onları özümüzdən uzaq tutmaq Azərbaycan elmində gənclərə verilən rolun göstəricisidir. Gənclərə vəd verməkdənsə, səlahiyyət və maliyyə verməliyik", - nazir bildirib.

E.Əmrullayev qeyd edib ki, xaricdə təhsil alan gənclər artıq ölkəyə qayıdır:

"Bu mənada, onları metaforik mənada ön sıralara çəkməliyik, bundan qorxmamalıyıq. Təkcə vəd verməklə nəsə olmur. Gənc alimə ev verməkdənsə, ona elə maaş verək ki, həm özünə ev ala bilsin, həm də motivasiyası olsun".

Nazir gənc alimlərin qərar verəcək postlarda olmasının vacibliyini vurğulayıb:

"Düşünək, nə qədər gənc alim qərar verənlərin sırasındadır? Gəlin sayaq. Görəcəyik ki, bu rəqəm çox azdır".

Kənan Nağıbəyli

Xəbər lenti