"Azərbaycanda 131 elmi təşkilat var".
Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağında AMEA-nın vitse-prezidenti akademik Arif Həşimov deyib.
A.Həşimov tədqiqatçı qadınların sayına görə Azərbaycanın dünyada birinci yerdə olduğunu bildirib.
"Azərbaycanda bir milyon əhaliyə 1963 tədqiqatçı düşür. Bu rəqəm Avropa ölkələrində daha çoxdur. Tədqiqatçı qadınların sayına görə Azərbaycan dünyada 55,4 faiz olmaqla birinci yerdədir".
Kənan Nağıbəyli