Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində “Heç bir ehtimal yoxdur" debat komandası mövsümün ən rəqabətli və maraqlı layihələrindən olan “Bakı Gənclər Debat Forumu: Qış, 2024”ün qalibi olub.
Universitetdən "Tehsil.biz"ə bildirilib ki, forum Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, DVC-nin təşkilatçılığı və Dünya Məktəbinin ev sahibliyi ilə keçirilib.
"Kriptovalyuta birjasının təhlükəsizliyinin təmin olunmasında dövlət tənzimlənməsi labüddür" mövzusuna həsr olunan və ümumilikdə 37 komandanın iştirak etdiyi foruma AzMİU 5 komanda ilə qatılıb.
Finalda isə AzMİU-nun "Heç bir ehtimal yoxdur" və Bakı Dövlət Universitetinin "Kapitan Qrantın uşaqları" komandaları qarşı-qarşıya gəlib. AzMİU-nun komandası qalib gələrək “Bakı Gənclər Debat Forumu: Qış, 2024”ün çempionu adını qazanıb.
Turnirin ən yaxşı məşqçisi Sənan Atayev seçilib.
“Bakı Gənclər Debat Forumu: Qış, 2024” turnirində Azərbaycan bölməsi üzrə Məhəmməd Mehdiyev, Cahangir Yusifov, Murad Mirzəzadə, rus bölməsi üzrə Əli Hüseynov və İbrahim Qədirli natiqliyə düşən debatçılardır.