Logo

“Qarabağ" muğam qrupu Gəncə Dövlət Filarmoniyasında konsert verib - FOTO

29.02.2024 13:22 170 baxış
IMG

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ilk dəfə "Muğam gecələri" layihəsi çərçivəsində Xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli Mənsum İbrahimovun rəhbərliyi ilə "Qarabağ" muğam qrupunun konserti baş tutdu.

Filarmoniyadan "Tehsil.biz"ə verilən məlumata görə, böyük coşqu və anşlaqla keçən konsert proqramını "Qarabağ" ansamblı müşayiət edib.

Mənsum İbrahimovun Xalq artisti tarzən Elçin Həşimovun, Əməkdər artistlər kamança ifaçısı Elnur Əhmədovun və nağara ifaçısı Kamran Kərimovun müşayiəti ilə təqdim etdiyi Azərbaycan muğamları və xalq mahnıları tamaşaçılar tərəfindən dərin rəğbətlə və sürəkli alqışlarla qarşılanıb.

Sonda Mənsum İbrahimov gəncəlilərə təşəkkür edərək Gəncənin muğam sənətinə dəyər verən şəhər olduğunu vurğulayıb.

Konsert proqramında, həmçinin Xalq artistinin öz yetirmələri Sədəf Budaqova və Gülzar Fərəcova çıxış ediblər.

Sonda Mənsum İbrahimov torpaqlarımızın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizə, qazilərimizə həsr etdiyi "Zəfər" mahnısını tamaşaçılar ayaq üstə alqışlayıblar.

Xəbər lenti