Logo

"Naxçıvan" Universiteti bağlanacaq

29.02.2024 16:46 309 baxış
IMG

"Naxçıvan Universitetinin bağlanması ilə bağlı nazirliyə müraciət olunub".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, orada təhsil alan 4-cü kurs tələbələri bu il məzun olacaqlar.

"Aşağı kurslarda təhsil alan tələbələr növbəti tədris ilindən balına uyğun olaraq digər ali təhsil müəssisələrinə yerləşdiriləcəklər", - Emin Əmrullayev qeyd edib.

Kənan Nağıbəyli

Xəbər lenti