Logo

“Müəllim təhsil verdiyi sinfin şagirdinə repetitorluq etməməlidir”

29.02.2024 17:13 584 baxış
IMG

"Müəllim təhsil verdiyi sinfin şagirdinə repetitorluq etməməlidir".

Tehsil.biz xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.

Nazir bunun mənəvi cəhətdən düzgün olmadığını bildirib.

"Amma müəllim normal olaraq dərsdən sonra şagirdi ilə məşğul ola bilər”, - deyə nazir qeyd edib.

Emin Əmrullayev əlavə edib ki, növbəti 2 il ərzində müəllimləri sertifikasiya imtahanından keçirməklə onların maaşını artırmağa çalışacağıq:

"Bununla biz müəllimlərin məktəblərdə ödənişli əsasla repetitorluq etməsinin qarşısını alacağıq”.

Kənan Nağıbəyli

Xəbər lenti