Logo

Niderland mediası Xocalı həqiqətlərindən yazıb - FOTO

29.02.2024 20:26 170 baxış
IMG

Hollanda-Azərbaycan Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkının təşəbbüsü ilə Niderlandın “Algemeen Dagblad” qəzetində Xocalı soyqırımı haqqında məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Tehsil.biz"ə bildiriblər ki, məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 106-sı qadın, 83-ü uşaq, 70-i yaşlı olmaqla, 613 əliyalın xocalılının qətlə yetirildiyi bildirilib, Xocalı həqiqətlərinə diqqət çəkilib.

Qeyd edək ki, Hollanda-Azərbaycan Türk Kültür Dərnəyinin layihəsi əsasında “Kamperfoeliestraat” parkında Xocalı soyqırımının qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə abidə ucaldılıb. Hündürlüyü 2 metrə yaxın olan abidənin üzərində körpəsini başının üzərinə qaldıran ana təsvir olunub.

Xəbər lenti