Logo

ADAU-da konfrans keçirilib - FOTO

29.02.2024 22:40 134 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Gənclərin sağlam həyat tərzi keçirmələri, səhhətlərinin, fiziki normalarının, gümrahlıqlarının əldə olunması və qorunması üçün qarşıda duran vəzifələr” adlı konfrans keçirilib.

ADAU-dan "Tehsil.biz"ə bildirilib ki, mnfrans Gəncə Ağsaqqallar Şurası, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi və Gəncə şəhəri Birləşmiş Xəstəxanasının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda Prezident İlham Əliyevin gənclər siyasətinə həsr olunan videoçarx da nümayiş olunub.

Çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov bildirib ki, Ulu Öndər Heydər Əliyevin banisi olduğu və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti özünün keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin gənclər siyasətinin mərkəzində bir əsas xətt dayanır ki, bu da Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsidir. Çünki tarix boyu üzləşdiyimiz reallıqlar və Vətən müharibəsindən sonra Azərbaycanın diktə etdiyi reallıq bir daha göstərdi ki, gənc Azərbaycan oğullarının Şuşa qayalarında, bütün Qarabağ torpağında yazdıqları qəhrəmanlıq salnaməsinin kökündə məhz azərbaycançılıq ideologiyası, Vətənə, yurda sədaqət, torpağa bağlılıq amilləri dayanır.

Sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə müdiri Həsən Məmmədov, Gəncə Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin nümayəndəsi çıxışlar ediblər.

Xəbər lenti