ADA Universitetinin Fondu, Universitetin Karyera xidmətləri şöbəsi, “PAŞA Həyat” və “AzInTelecom”un birgə təşkilatçılığı ilə martın 1-də ADA Universitetində “USG APEX Hakatonu”nun açılış mərasimi keçirilir.
Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən ADA Universitetinin prorektoru, xarici və tələbə işləri üzrə prorektoru Fariz İsmayılzadə hakatonun keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, hakatonda Azərbaycan universitetlərinin bakalavriat səviyyəsində təhsil alan tələbələri həyat sığortası mövzusunda məsələlər üçün texnoloji həll yolları tapmağa çalışacaqlar. Bu məqsədlə tələbələrə dəstək olmağı hədəfləyən hakatonun qaliblərinə 1000 AZN-dən başlayan mükafatlar təqdim olunacaq.
İki gün davam edəcək hakatonda 20 komanda öz gücünü sınayacaq.