Logo

“Norm” ASC ilə TKTA arasında Anlaşma Memorandumu imzalanıb - FOTO

01.03.2024 11:15 201 baxış
IMG

28 fevral 2024-cü il tarixində  “Norm” ASC ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) arasında qeyri-formal və informal təhsilin tanınması üzrə Anlaşma Memorandumu imzalanıb.

Tehsil.biz xəbər verir ki, əməkdaşlıq çərçivəsində  “Norm” ASC-nin layihəsi olan Norm Ustalar Klubunun üzvlərinin bilik, bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi və tanınmasını nəzərdə tutan layihələr həyata keçiriləcək.

Belə ki, Norm Ustalar Klubunun üzvü olan inşaat ustaları müəyyən edilmiş ixtisaslar və modullar üzrə qiymətləndirilmə və tanınma imtahanlarına cəlb olunacaqlar. Qiymətləndirilmə və tanınma prosesindən uğurla keçmiş ustalara TKTA tərəfindən müvafiq olaraq peşə ixtisasını təsdiq edən sənəd təqdim olunacaq.

Layihənin məqsədi ustaların peşəkar inkişafına töhfə vermək, onların dayanıqlı məşğulluq imkanlarının artırılmasına şərait yaratmaq və sosial rifahının yüksəldilməsinə dəstək olmaqdır.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən sertifikat həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rol oynayacaq.

​​​​​​

Xəbər lenti