Logo

Məktəblilərə narkomaniyanın zərərləri izah edilib - FOTO

01.03.2024 12:22 220 baxış
IMG

Yeniyetmə və gəncləri zərərli vərdişlərdən qorumaq, bəşəriyyətin böyük bəlası sayılan narkomaniyaya qarşı mübarizəni daha səmərəli təşkil etmək məqsədilə polis əməkdaşları tərəfindən maarifləndirici görüşlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Tehsil.biz"ə verilən məlumata görə, həmin silsilədən olan növbəti tədbir Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (LŞRP) təşkilatçılığı ilə Sütəmurdov kənd tam orta məktəbində təşkil edilib.

Çıxış edən Lənkəran ŞRP Şobəsinin rəis müavini, polis polkovnik-leytenantı Rəşad Rəcəbov bu cür görüşlərin yeniyetmə və gənclərin sağlam həyat tərzini seçməsi sahəsində mühüm addım olduğunu qeyd edib. O, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə geniş məlumat verib, gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirib.

Görüşdə mövzu ətrafında çıxışlar dinlənilib və məktəblilərin sualları cavablandırılıb.

Xəbər lenti