Logo

Şagirdlərə yol hərəkəti qaydaları haqqında məlumat verilib - FOTO

01.03.2024 13:06 270 baxış
IMG

Bakı şəhər Dövlət Yol Polis (DYP) İdarəsi əməkdaşlarının iştirakı ilə 204 nömrəli tam orta məktəbdə “Məktəblinin dostu” layihəsi çərçivəsində “Yol hərəkəti qaydalarını uşaqlara necə öyrətməli?” mövzusunda tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Tehsil.biz"ə bildiriblər ki, məktəblilər qarşısında çıxış edən DYP təmsilçiləri təşkilati-hüquqi, xüsusilə təbliğat-təşviqat və maarifləndirmə xarakterli tədbirlərin həyata keçirilməsini özündə ehtiva edən bu tip tədbirlərin yollarda uşaq travmatizminin minimuma endirilməsində, eləcə də uşaq və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasında əhəmiyyətli rol oynadığını bildiriblər.

Tədbir zamanı məktəblilərin yol hərəkəti təhlükəsizliyinin təbliğinə həsr etdikləri səhnəciklər nümayiş olunub və onların sualları cavablandırılıb.

Xəbər lenti