Logo

Ədəbiyyat İnstitutunun 90 illik yubileyi qeyd olunacaq

01.03.2024 13:22 143 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illik yubileyi keçiriləcək.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, “Ədəbiyyatşünaslıq elminin baş qərargahı: ənənələr, mərhələlər və çağırışlar” adlı tədbir martın 4-də AMEA Rəyasət Heyətinin böyük akt zalında təşkil ediləcək.

Tədbirdə TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının, Avrasiya Yazıçılar Birliyinin, Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rəhbərləri və bir sıra xarici ölkələrdən dəvət olunmuş qonaqlar iştirak edəcəklər. Eyni zamanda, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Həmkarlar Təşkilatları Konfederasiyasının, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının təmsilçilərinin, AMEA əməkdaşlarının və media mənsublarının iştirakı nəzərdə tutulur.

Yubiley tədbirində Ədəbiyyat İnstitutunun nəşrlərindən ibarət sərgi təşkil ediləcək. Yubileylə əlaqədar “Ədəbiyyat qəzeti”nin xüsusi buraxılışı çap olunacaq.

Xəbər lenti