Logo

MEK-də kitabxanaçılar üçün beşgünlük təlim başa çatıb - FOTO

01.03.2024 18:46 180 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) elmi-tədqiqat institutlarının kitabxanaçıları üçün keçirilən beşgünlük təlim başa çatıb.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, yekun yığıncaqda MEK-in direktoru professor Məmməd Əliyev kitabxana-informasiya sahəsində biliklərin təkmilləşdirilməsi, virtual məkana inteqrasiya, kitabxanaçıların peşəkar fəaliyyətinin daha da artırılması məqsədilə keçirilən təlimlərə bir sıra elmi-tədqiqat institutlarının kitabxanaçılarının qatıldıqlarını vurğulayıb. Təlimlərin keçirilməsinin əhəmiyyətindən danışan direktor bu təcrübənin davam etməsinin zəruriliyini qeyd edib.

MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova tədris prosesi zamanı sənəd-informasiya fondlarının formalaşması, mühafizəsi, materialların hüquqi və fiziki şəxslərə istifadəyə verilməsi, kitabxanaların qarşısında duran vəzifələr, saxlanılan informasiya vasitələrinin mübadiləsi, elmmetrik tədqiqatların kitabxana işi ilə əlaqəsi, elmi istinad bazaları - WEB of Science, Elsevier, Scopus və bu kimi digər mövzuların daha dərindən mənimsənildiyini vurğulayıb.

Təlim iştirakçıları maraqlı və faydalı təcrübə mübadiləsinə görə təşəkkür ediblər. Sonda sertifikatlar təqdim olunub.

Xəbər lenti