Son bir ayda (1 fevral-29 fevral) Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 514 yoluxma faktı qeydə alınıb, 513 nəfər müalicə olunaraq sağalıb, analiz nəticələri müsbət çıxan 28 nəfər həyatını itirib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 835 144 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 824 602 nəfər müalicə olunaraq sağalıb, 10 428 nəfər vəfat edib. Aktiv xəstə sayı 114 nəfərdir.
Son bir ayda yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 457, bu günə qədər isə ümumilikdə 7 762 507 test icra olunub.