Logo

ADA Universitetində hakaton keçirilib - FOTO

02.03.2024 10:43 216 baxış
IMG

ADA Universitetinin Fondu, Universitetin Karyera xidmətləri şöbəsi, “PAŞA Həyat” və “AzInTelecom”un birgə təşkilatçılığı ilə ADA Universitetində “USG APEX Hakatonu” keçirilib.

Tehsil.biz xəbər verir ki, hakatonun açılış mərasimində Azərbaycan universitetlərinin bakalavrları bir araya gələrək həyat sığortası mövzusunda məsələlər üçün texnoloji həll yolları irəli sürüblər.

ADA Universitetinin Dövlət, xarici və tələbə işləri üzrə prorektoru Fariz İsmayılzadə mərasimdə çıxış edərək, bu ali təhsil ocağının sosial innovasiya mühitinin inkişafı üçün tələbələrə verdiyi dəstəkdən bəhs edib.

Sonra “PAŞA Həyat” şirkətinin Marketinq departamentinin rəhbəri Ruslan Ələkbərov və “AzInTelecom”un Etimad xidmətləri şöbəsinin müdiri Fərid İsmayılzadə tələbələr qarşısında çıxış ediblər.

Qeyd edək ki, birinci yerin qaliblərinə 2500, ikinci yerin qaliblərinə 1500, üçüncü yerin qaliblərinə isə 1000 AZN məbləğində mükafat veriləcək.

Xəbər lenti