Logo

Hərbi institutun yaranmasının ildönümünə həsr olunan tədbir keçirilib - FOTO

02.03.2024 14:00 146 baxış
IMG

Heydər Əliyev adına Hərbi İnstitutun yaranmasının 106-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Müdafiə Nazirliyindən "Tehsil.biz"ə verilən məlumata görə, hərbi institutun şəxsi heyətinin, ictimaiyyət və incəsənət nümayəndələrinin, eləcə də digər qonaqların iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edənlər hərbi təhsil müəssisəsinin savadlı, bacarıqlı, vətənpərvər zabitlərin yetişdirilməsi ilə Ordumuza verdiyi töhfədən və keçdiyi inkişaf yolundan, torpaqlarımızın azadlığı uğrunda aparılan döyüş əməliyyatlarında hərbi institutun məzunlarının göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən danışıblar.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün sahələrə, o cümlədən elm və təhsil sahəsinə diqqət daha da artırılıb. Bu gün Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə təhsildə aparılan islahatlar nəticəsində kursantların hərbi biliklərə yiyələnməsi üçün hərtərəfli şərait yaradılıb.

Sonda hərbi institutun yaranmasının 106-cı ildönümünə həsr olunmuş konsert proqramı təqdim edilib, şəxsi heyətin mədəni istirahətinin təşkilində göstərdikləri köməyə görə bir qrup ictimaiyyət nümayəndəsi fəxri fərmanla mükafatlandırılıb.

Xəbər lenti