Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Mədəniyyət Nazirliyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən "Musiqi kimliyimiz" layihəsinin ikinci günündə Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində konsert proqramı təşkil olunub.
Filarmoniyadan "Tehsil.biz"ə bildirilib ki, konsertdə Gəncə şəhər Zərif Qayıbov adına 5 nömrəli uşaq musiqi məktəbinin sazçalanlar ansamblı, şagirdləri "Ələsgər gözəlləməsi", “Şirvan Gülü”, “Sarıtorpaq”, “Ceyranım”, “Baş Müxəmməs”, "Paşaköçdü", “Koroğlu cəngisi”ni ifa ediblər.