Logo

İranda “Grammy” mükafatının laureatı həbs olundu

02.03.2024 19:22 173 baxış
IMG

İranda tanınmış müğənni, “Grammy” mükafatı laureatı Şərvin Hacipur həbs olunub.

Tehsil.biz xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı müğənninin “Instagram” hesabında paylaşımına istinadən məlumat paylaşıb.

Məlumata görə, məşhur ifaçı dövlət quruluşu əleyhinə təbliğat aparmaq ittihamı ilə 8 ay, insanları iğtişaşlara təhrik etmək ittihamı ilə isə üç il müddətinə həbs cəzasına məhkum edilib. Bununla yanaşı, onun iki il ölkədən çıxışına da qadağa qoyulub.

Qeyd edək ki, 27 yaşlı məşhur ifaçı 2023-cü ildə “Bəraye” mahnısına görə “Sosial Dəyişiklik üçün Ən Yaxşı Mahnı” nominasiyasında “Grammy” mükafatına layiq görülüb.

Xəbər lenti