Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin "Kompüterlərin təmiri və texniki xidməti üzrə usta" qrupunun tələbələri Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ekskursiyada olublar.
Bu barədə "Tehsil.biz"ə ADAU-dan məlumat verilib.
Bildirilib ki, ekskursiyanın məqsədi tələbələrdə qeyri-neft sektoruna olan marağının artırılması və gələcəkdə növbəti təhsil pilləsinə ixtisas seçimini düzgün istiqamətləndirməkdən ibarət olub.
Ekskursiya ilk olaraq universitetin korpusları ilə tanışlıqla başlayıb. Hər bir korpusun maddi-texniki bazası, tədris - təcrübə imkanları və fakültələrin beynəlxalq əlaqələri barədə ətraflı məlumat verilib.
Sonda isə tələbələrin sualları cavablandırılıb.