Martın 1-də Bakı Slavyan Universitetində (BSU) universitetin Karyera xidməti şöbəsinin "Təcrübə danışır "layihəsi çərçivəsində "İbtidai sinif müəlliminin peşə səriştəsi"(didaktik oyunlar əsasında) adlı seminar keçirilib.
Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib.
Tədbiri giriş sözü ilə açan BSU-nun Karyera xidməti şöbəsinin müdiri Günel Nəzərova "Təcrübə danışır "layihəsi barəsində ətralı məlumat verib. O, davamlı şəkildə keçiriləcək seminarların ibtidai sinif müəllimliyi ixtisasında təhsil alacaq tələbələr üçün faydalı olacağına əminliyini ifadə edib.
Seminarda BSU-nun Məktəb-Lisey Kompleksinin ibtidai sinif müəllimi Gülnar Kərimova "İbtidai sinif müəlliminin peşə səriştəsi" adlı təqdimatla çıxış edib. Təqdimatda müəllimlik anlayışı, ibtidai sinif müəlliminin malik olduğu peşə qabiliyyəti, fəal və ənənəvi dərs quruluşları, təlim strategiyaları ilə bağlı məlumatlar əks olunub.
Seminar interaktiv şəkildə didaktik oyunlarla davam edib.