Almaniyada yaşayan azərbaycanlı Asif Mustafayev hüquq doktoru dərəcəsi alıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Tehsil.biz"ə bildirilib ki, o, kibercinayətkarlıq sahəsində bu dərəcəni qazanan ilk azərbaycanlıdır.
Asif Mustafayev “Avropa, Almaniya və Azərbaycan nümunəsində kibercinayətkarlıq sahəsində qanunvericiliyin müqayisəli təhlili və beynəlxalq tələblərin nəzərə alınması” mövzusunda dissertasiya müdafiə edib.
Qeyd edək ki, 2017-ci ildə Köln Universitetinin Avropa və beynəlxalq hüquq üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirən Asif Mustafayev Azərbaycan gənclərinin xaricdə təhsili Dövlət Proqramı çərçivəsində doktorantura təhsili də alıb.
Köln Universitetinin hüquq fakültəsi Almaniyanın ən böyük hüquq fakültələrindən hesab olunur. Təhsil ocağında tədrislə yanaşı, elmi tədqiqatlara və beynəlxalq təcrübənin tətbiqinə geniş yer verilir.