Logo

Azərbaycanda 16 yaşlı tələbə qız sevgilisinə qoşulub qaçdı - VİDEO

07.04.2021 17:12 1045 baxış
IMG

Azərbaycanda 16 yaşlı kollec tələbəsi təhsilhaqqını ödəmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.

 

Bunu Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" verilişində qızı Lamiyə Əzizovanı axtaran ana deyib.

 

Ana bildirib ki, Lamiyə martın 29-u evdən çıxıb, amma bu günə qədər ondan xəbər yoxdur: "Lamiyə kollecdə oxuyur. Bizə dedi ki, gedirəm nənəmdən 50 manat alıb təhsilhaqqını ödəyim. Saat 5-ə kimi Qara Qarayev metrostansiyasının yaxınlığındakı ətir mağazasında qızlarla birlikdə olub. Lamiyə o mağazada işləmək istəyirdi. Amma atası ilə biz icazə vermədik.

 

Sonra Koroğlu metrostansiyasına gəlib, Nadir adlı oğlana zəng edib. Oğlan da onu orada gözləyirmiş. Qızlar dedi ki, 3 aydır ki, Lamiyəni Nadir kollecə aparıb-gətirirdi. Nadirdən mənim xəbərim olmayıb. Qızım çox yaxşı övlad idi. Lamiyə üçün çox narahatıq".

 

Aparıcı bildirib ki, Lamiyə tapılıb.

 

Verilişə zəng edən Lamiyə peşman olduğunu söyləyib.

Xəbər lenti