Azərbaycan Dövlət Neft Və Sənaye Universiteti (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı, İqtisadiyyat və Menecment fakültəsi THİK-nin təşəbbüsü ilə "Gənclərin İnkişaf Formu 2" keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən ADNSU-nun İqtisadiyyat və Menecment fakültəsinin dekanı, dosent İlham Rüstəmov, THİK-in sədri Namiq Gəncəyev görüş haqqında tələbələrə məlumat verərək belə forumların keçirilməsinin vacibliyini qeyd ediblər. Onlar tələbələrə universitetdə yüksək təhsil və özünü inkişaf üçün yaradılan şəraitdən maksimum yararlanmağı tövsiyə ediblər.
İki hissədən ibarət olan forumun ilk hissəsində ADNSU rektorunun Universitet-sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri Sakit Səmədov gənclərlə şəxsi inkişaf haqqında öz təcrübəsini bölüşüb. Daha sonra isə “Motivator Azərbaycan” Layihəsinin rəhbəri Rüfət Həsənov tələbələr qarşısında çıxış edərək onların gələcək karyeraları, şəxsi inkişafları ilə bağlı vacib məqamlardan bəhs edib.
Gənclər tərəfindən maraqla qarışlanan görüş diskusiya ilə davam edib. Sonda tələbələrin suaları cavablandırılıb.