Logo

MEK-də kitabxanaçılar üçün beşgünlük təlim başa çatıb - FOTO

04.03.2024 09:53 140 baxış
IMG

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında elmi-tədqiqat institutlarının kitabxanaçıları üçün keçirilən beşgünlük təlim başa çatıb.

Bu barədə "Tehsil.biz"MEK-dən bildirilib.

Yekun yığıncaqda MEK-in direktoru professor Məmməd Əliyev kitabxana-informasiya sahəsində biliklərin təkmilləşdirilməsi, virtual məkana inteqrasiya, kitabxanaçıların peşəkar fəaliyyətinin daha da artırılması məqsədilə keçirilən təlimlərə bir sıra elmi-tədqiqat institutlarının kitabxanaçılarının qatıldıqlarını vurğulayıb. Təlimlərin keçirilməsinin əhəmiyyətindən danışan direktor bu təcrübənin gələcəkdə də davam etməsinin zəruriliyini qeyd edib.

MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova çıxışında tədris prosesi zamanı sənəd-informasiya fondlarının formalaşması, mühafizəsi, materialların hüquqi və fiziki şəxslərə istifadəyə verilməsi, kitabxanaların qarşısında duran yeni vəzifələr, saxlanılan informasiya vasitələrinin mübadiləsi, elmmetrik tədqiqatların kitabxana işi ilə əlaqəsi, elmi istinad bazaları - Web of Science, Elsevier, Scopus və bu kimi digər mövzuların daha dərindən mənimsənildiyini vurğulayıb.

Təlim iştirakçıları maraqlı və faydalı təcrübə mübadiləsinə görə təşəkkür ediblər. Sonda sertifikatlar təqdim olunub.

Xəbər lenti