Logo

Ali məktəblərdə təhsil alan əlilliyi olan şəxslərin sayı açıqlanıb

04.03.2024 11:20 228 baxış
IMG

Dövlət və özəl ali təhsil müəssisələrinin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində 1071 nəfər əlilliyi olan şəxs imtiyazlı təhsil alır.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mövcud qanunvericiliyə əsasən, orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, habelə 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslər, dövlət peşə təhsili müəssisələrinə münasibətdə isə digər əlilliyi olan şəxslər ödənişli əsaslarla təhsil aldıqda onların təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına qarşılanır.

Xəbər lenti