Logo

Paytaxt üzrə 39 mərkəzdə olimpiada və müsabiqə keçirilib

04.03.2024 11:42 189 baxış
IMG

Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin şəhər mərhələsi paytaxt üzrə 39 mərkəzdə keçirilib.

Tehsil.biz xəbər verir ki, olimpiada və müsabiqədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 13 min 655 şagird iştirak edib.

Məktəblilərarası fənn müsabiqələri VI sinif şagirdləri üçün riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri üçün isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə təşkil olunub.

Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası V sinif şagirdləri üçün keçirilib.

Şagirdlər martın 19-dan etibarən https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsi vasitəsilə nəticələrini əldə edə bilərlər.

Xəbər lenti