Logo

BDU tələbələri arasında “Qarabağa bahar gəldi” adlı rəsm müsabiqəsi elan edilib

04.03.2024 14:29 213 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) tələbələr arasında Novruz bayramına həsr olunmuş “Qarabağa bahar gəldi” adlı rəsm müsabiqəsi elan edir.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlər martın 15-dək Novruz bayramı mövzusunda rəsm əsərlərini BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinə təqdim etməlidirlər.

Müsabiqədə yalnız BDU-nun bakalavriat və magistratura tələbələri iştirak edə bilərlər. Təqdim olunmuş materiallar Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək. Qaliblər BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Müsabiqəyə A3 formatında və ya daha böyük, yağlı boya, akvarel ilə çəkilmiş rəsm əsərləri qəbul ediləcək.

Əlavə məlumat üçün +994125390364 nömrəsi ilə əlaqə saxlaya və ya Mədəniyyət-Yaradıcılıq Mərkəzinə yaxınlaşmaq olar.

Xəbər lenti