Logo

BDU-nun 7 komandası “Robotex Azərbaycan”ın qalibidir - FOTO

04.03.2024 14:56 276 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) “Robotex Azərbaycan Avrasiya Çempionatı”nda möhtəşəm uğura imza atıb.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, BDU-nu təmsil edən 7 komandadan 6-sı (“85 Games Studio” və “Brandenburg” komandaları I, “TechTitans” və “Humantek” komandası II, “AITech Group” və “BİLİG” komandaları III yeri) ilk üç yeri tutaraq qalib olub. “QuantumTech” komandası isə Münsiflər heyətinin həvəsləndirici mükafatını qazanaraq növbəti mərhələdə iştirak hüququ əldə edib. Beləliklə, BDU-nun 7 komandasının hər biri “Robotex”in Türkiyədə keçiriləcək növbəti mərhələsində iştirak hüququ qazanıb.

Azərbaycanda ilk dəfə keçirilən və 2 gün davam edən festivalda 6 universitet, 41 məktəb, 10 özəl müəssisədən 250-dən çox komanda, 1500-dən çox iştirakçı, 5000-dən çox qonaq iştirak edib. Komandalar 18 kateqoriyada və 4 yaş qrupunda (ibtidai, orta, yuxarı siniflər və tələbələr) yarışıblar. Ali təhsil müəssisələrindən 50-yə yaxın komanda “Green Entrepreneurship - Yaşıl sahibkarlıq”, “Blue Entrepreneurship - Mavi sahibkarlıq”, “Robot Technologies - Robot texnologiyaları”, “Software Technologies - Proqramlaşdırma texnologiyaları”, “Health Sciences and Technologies – Səhiyyə elmləri və texnologiyaları” kateqoriyaları üzrə mübarizə aparıb. Hər kateqoriyada ilk 3 yeri qazanan komandalar ölkəmizi Antalyada təşkil olunacaq yarımfinal mərhələsində təmsil edəcək. 18 ölkənin iştirakı ilə keçiriləcək yarımfinal mərhələsində dərəcə göstərən komandalar noyabr ayında Estoniyada təşkil ediləcək dünya çempionatında iştirak hüququ qazanacaqlar.

Xəbər lenti