Logo

Növbəti TOEFL iBT imtahanı keçiriləcək

04.03.2024 16:25 171 baxış
IMG

Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service) növbəti TOEFL iBT imtahanı martın 6-da keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

İmtahan verəcək şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. İmtahan saat 09:00-da başlanacaq.

Yaşı 15 və daha aşağı olanlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumat DİM-in internet saytında yerləşdirilib.

Xəbər lenti