Logo

Fevral ayının ikinci yarısında Elm və Təhsil Nazirliyinə 21 minədək müraciət daxil olub

04.03.2024 16:42 226 baxış
IMG

Fevralın 16-dan 29-dək Elm və Təhsil Nazirliyi və qurumlarına 20 497 vətəndaş müraciəti daxil olub.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, müraciətlərin 14 230-u Çağrı mərkəzləri, 686-sı sosial media, 2 284-ü vatsap xidməti vasitəsilə, 1084-ü elektron, 1027-si yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 1186 müraciət qeydə alınıb.

Müraciətlər şagirdlərin yerdəyişməsi, təhsil haqqı və güzəştlər, məktəbəqədər təhsil müəssisələrinə qəbul, təhsil tələbə krediti və digər məsələlərlə bağlı olub.

Xəbər lenti