Logo

Urmiyada məktəbdə yanğın zamanı şagirdlər zəhərləniblər

04.03.2024 20:01 179 baxış
IMG

Bu gün Güney Azərbaycanın Urmiya şəhərində qızlar məktəbində baş verən yanğın 18 şagirdin zəhərlənməsinə səbəb olub.

Tehsil.biz xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı xəbər yayıb.

Məlumata görə, Urmiyada qızlar məktəbinin siniflərindən birində meydana gələn yanğına görə hadisə yerinə təcili yardım və yanğınsöndürən qüvvələri göndərilib.

Qeyd edək ki, yanğın nəticəsində tüstüdən zəhərlənən şagirdlər xəstəxanaya çatdırılıblar. Yanğının hansı səbəbdən baş verməsi isə hələlik bəlli deyil.

Xəbər lenti