Logo

“İslahatçı Gənclər” Ukraynanın dövlət universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb

07.04.2021 19:11 215 baxış
IMG

"İslahatçı Gənclər” İctimai Birliyi Azərbaycan həqiqətlərinin, tarix və mədəniyyətinin müxtəlif ölkələrdə təbliği üçün yeni layihəyə start verib.

 

Qurumdan verilən məlumata görə, təşkilat bu məqsədlə dünyanın müxtəlif universitetləri, ictimai təşkilatları, gənclər birlikləri ilə əməkdaşlıq əlaqələrinin qurulması prosesinə başlayıb.

 

Bu istiqamətdə növbəti mühüm addım Ukrayna ilə atılıb. "İslahatçı Gənclər” İctimai Birliyi ilə Ukrayna Dövlət Fiskal Xidmətinin Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Onlayn formatda baş tutan görüşdə "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Ukrayna Dövlət Fiskal Xidmətinin Universitetinin rektoru Anton Monaienko, beynəlxalq əlaqələr departanmentinin direktoru Andrii Bozhkov iştirak və çıxış edib.

 

Bildirilib ki, Azərbaycanla Ukraynanı tarixi dostluq və strateji tərəfdaşlıq əlaqələləri birləşdirir. Bu dövlətlər bütün platformalarda bir-birini yaxından dəstəkləyir. Ölkələrimiz arasında əməkdaşlığın böyük potensialı var. Qeyd olunub ki, əməkdaşlıq haqqında memorandum bir sıra sahələrdə, xüsusən də təhsil, gənclik və mədəniyyət sahələrində Azərbaycan-Ukrayna münasibətlərinə böyük töhfə verəcək.

 

"İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı qeyd edib ki, Ukrayna azərbaycanlı tələbələrin təhsil almaq üçün seçdiyi ölkələrdən biridir: "Biz arzu edirik ki, gənclərimiz Ukraynanın nüfuzlu ve keyfiyyətli təhsil verən universitetlərində oxusunlar. Sizin universitetiniz buna nümunədir. Bundan əlavə inanıram ki, universitetlə təşkilatımız arasındakı əməkdaşlıq çərçivəsində Azərbaycanla Ukraynanın tarix və mədəniyyətinin qarşılıqlı təbliği həyata keçiriləcək”.

Xəbər lenti