Avstriyanın Zalsburq şəhərində yerləşən Azərbaycan Evində hər həftənin şənbə günü uşaqlar üçün Rəsm dərnəyi fəaliyyət göstərəcək.
Tehsil.biz bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
“Bura təkcə Zalsburqda yaşayan azərbaycanlıların uşaqlarını deyil, dilindən və dinindən asılı olmayaraq ölkəmizi sevən bütün insanları dəvət edirik. Bu dərnək Azərbaycan Evində keçirilən musiqi, rəqs, idman, şahmat və digər məşğələlər kimi uşaqların inkişafında mühüm rol oynayacaq”,- deyə Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov bildirib.
Qeyd edək ki, hər il olduğu kimi bu il də Zalsburq Azərbaycan Evində Novruz bayramının təntənəli şəkildə qeyd edilməsi, Azərbaycan mədəniyyətinin, milli adət-ənənlərinin təbliği məqsədilə tədbirə yerli ictimaiyyətin nümayəndələrinin dəvət olunması nəzərdə tutulur.