Logo

BDU-da “Abituriyentlərə dəstək” proqramının ilk təlimi keçirilib - FOTO

05.03.2024 10:00 269 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Səfirlər Məclisi tərəfindən “Gələcəyini qur!” layihəsi çərçivəsində “Abituriyentlərə dəstək” proqramının ilk təlimi keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov abituriyentlər üçün belə təlimin faydalı olduğunu bildirib. Qeyd edib ki, ölkənin aparıcı ali təhsil müəssisəsi olan BDU hər zaman gənclərin inkişafı, irəli getməsi üçün çoxsaylı tədbirlər həyata keçirir. Universitetin nəzdində fəaliyyət göstərən tələbə təşkilatları, Mədəniyyət-Yaradıcılıq Mərkəzi də bu kimi işləri həyata keçirən təsisatlardandır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva Uşaq Səfirlər Məclisinin fəaliyyət mexanizmindən, reallaşdırdığı tədbirlərdən, ölkədə uşaqların inkişafı, müdafiəsi və sağlam gələcəyi üçün həyata keçirilən dövlət siyasətindən danışıb.

Uşaq Səfirlər Məclisinin koordinatorları Əsmər İsmayılova və Nurlan Cəbrayılzadə gələcək peşələrinin abituriyentlərin həyatlarını formalaşdıracaq və yönləndirəcək bir vasitə olduğunu qeyd edib, bu yolda əzmlə çalışmağın müsbət nəticələr verdiyini vurğulayıblar.

Daha sonra Uşaq Səfirlər Məclisinin üzvləri Jalə Muradlı və Xəlil Babayev abituriyentlərə interaktiv qaydada imtahan prosesinə hazırlıq zamanı stresin idarə olunması, özünü motivasiya etməyin yollarını izah ediblər. İxtisas seçimi zamanı kənar müdaxilələrin ciddi fəsadlara yol aça biləcəyi diqqətə çatdırılıb.

Təlim sual-cavab sessiyası ilə davam edib.

Qeyd edək ki, təlim iki gün davam edəcək.

Xəbər lenti