Logo

“Xalq öz dili ilə yaranır” kitabının müəllifi fəxri fərmanla təltif olunub

05.03.2024 10:15 327 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) elmi məsələlər üzrə prorektoru professor, Əməkdar müəllim İranə Əliyeva Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr etdiyi “Xalq öz dili ilə yaranır” kitabının müəllifi kimi Azərbaycan dilinin və Heydər Əliyevin azərbaycançılıq irsinin təbliği sahəsində səmərəli fəaliyyətinə görə Elm və Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.

ATMU-dan "Tehsil.biz"​​​​​​ə bildirilib ki, “Xalq öz dili ilə yaranır” adlı toplu Azərbaycan dilini xarici dil kimi öyrənmək istəyənlər üçün nəzərdə tutulub. Yeni dərs vəsaiti konfiqurativ metodika əsasında işlənib-hazırlanıb.

Kitabda müəllif tərəfindən Ulu Öndər Heydər Əliyevin ana dilimiz, təhsil, səhiyyə və mədəniyyət haqqındakı qiymətli kəlamlarına ustalıqla istinad olunub.

Xəbər lenti