Logo

“Novruz görüşləri” adlı ustad dərslərinə başlanılıb

05.03.2024 10:46 160 baxış
IMG

Mədəniyyət Nazirliyinin dəstəyilə “Novruz görüşləri” adlı ustad dərslərinə başlanılıb.

Tehsil.biz xəbər verir ki, görüşlərin keçirilməsində əsas məqsəd musiqi və incəsənət təhsili sahələrinə dair mövzuların gündəmə gətirilməsidir.

Tanınmış və sahəsi üzrə peşəkar şəxslərin Bakının məşhur tarixi binalarında gənclərlə ustad dərsi və interaktiv müzakirə formatında görüşlərinin təşkil edilməsi nəzərdə tutulub.

Görüşlərin martın 5-dən 20-dək keçirilməsi planlaşdırılıb. Məkan və tarix barədə məlumat qeydiyyatdan keçən şəxslərə əvvəlcədən göndəriləcək.

Tədbirdə tamaşaçı kimi iştirak üçün https://bitly.ws/3eSTk link vasitəsilə qeydiyyatdan keçmək mümkündür.

Xəbər lenti