Logo

AzMİU-nun müəllimi Azad Mirzəcanzadənin adını daşıyan proqramın eksperti seçilib

05.03.2024 15:33 200 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) gənc müəllimi, Təbiət və tullantı suların tədqiqi laboratoriyasının müdiri Seynurə Həsənova “Azad Mirzəcanzadə İnkişaf Proqramı”nın ekologiya bölməsi üzrə eksperti seçilib.

Bu barədə "Tehsil.biz"​​​​​​ə universitetdən bildirilib.

Qeyd olunub ki, AzMİU və İtaliyanın Sapienza Universitetində təhsil alan Seynurə Həsənova “Azad Mirzəcanzadə İnkişaf Proqramı”na ekologiya istiqamətində təqdim edilən layihələri nəzərdən keçirəcək, seçilən namizədlərə tədqiqat işlərində rəhbərlik edəcək.

Dünyaşöhrətli alim Azad Mirzəcanzadənin adını daşıyan proqramın məqsədi yeni imkanları dəyərləndirməyi, aktual problemlərin yaradıcı həlli yollarını tapmağı bacaran, dayanıqlı gələcəyə töhfə verməyə çalışan, çevik, innovativ yanaşmalara sahib gənclərin üzə çıxarılması və onların inkişafına dəstək olmaqdır. Bu proqrama müraciət edənlərin layihə ideyaları xüsusi meyarlarla seçilən ekspertlərdən ibarət işçi qrupu tərəfindən qiymətləndiriləcək. Aktuallığı, reallığı, innovativliyi və yenilikçi olması ilə seçilən ideyaların müəllifləri ikinci mərhələdə iştirak imkanı qazanacaqlar. Bu mərhələdə iştirakçılara layihələrin hazırlanması və təqdimatı istiqamətində peşəkar dəstək göstəriləcək, həmçinin onların liderlik bacarıqlarının inkişafı üçün müxtəlif fəaliyyətlər təşkil olunacaq. Sonda qalib olan layihələrin icrası üçün maliyyə vəsaiti ayrılacaq.

Xəbər lenti