Logo

Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti BDU-da - FOTO

05.03.2024 15:48 231 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Səudiyyə Ərəbistanı Krallığı Təhsil Nazirliyinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, rektor Elçin Babayev ölkəmizdə elmin və təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələrdən bəhs edib, BDU-nun beynəlxalq əlaqələri, ikili diplom proqramları və universitetdə aparılan tədris, elmi tədqiqat işləri haqqında məlumat verib. Rektor qeyd edib ki, fəaliyyət göstərdiyi 104 il ərzində BDU-nun 200 mindən çox məzunu olub, onların arasında tanınmış alimlər, ictimai-siyasi xadimlər var. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev BDU-nun dünyaşöhrətli məzunudur.

Rektor bildirib ki, son dövrlər BDU beynəlxalq əlaqələrini genişləndirir, dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlıq əlaqələri qurur, bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə birgə kadr hazırlığına dair müqavilələr, ikili diplom proqramları imzalayır.

Elçin Babayev, həmçinin BDU-nun nəzdində Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin fəaliyyətindən bəhs edib, tələbə və akademik heyətin mübadiləsi, müxtəlif birgə layihələrin həyata keçirilməsi istiqamətində təkliflərini bildirib.

Qonaqlar Şahzadə Nourah bint Abdulrahman Universiteti, İmam Məhəmməd Universiteti, Umm Əl-Qura Universiteti, Mədinə İslam Universiteti və digər ali təhsil müəssisələri haqqında ətraflı məlumat veriblər.

Görüşdə Səudiyyə Ərəbistanı Krallığı ilə elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, elmi-tədqiqat sahəsində mübadilə imkanları müzakirə edilib.

Daha sonra qonaqlar BDU-nun Elmi Kitabxanası, Heydər Əliyev muzeyi və lektoriyası, Şərqşünaslıq fakültəsi ilə tanış olublar.

Xəbər lenti