Qırmızı dənizdə bölgənin dənizaltı qlobal trafikin 25 faizini təşkil edən Avropa, Asiya və Afrika arasındakı rabitə kabelləri zədələnib.
Tehsil.biz xəbər verir ki, bu barədə Honq-Konq provayderi "HGC Global Communications Limited" məlumat yayıb.
Qeyd olunub ki, zədə nəticəsində instaqram və feysbuk sosial şəbəkələrinin işində qlobal problem yaranıb.
Honq-Konqda yerləşən telekommunikasiya operatoru bildirib ki, Qırmızı dənizin cənubunda yerləşən və Yəmənin yurisdiksiyasına daxil olan Asiya-Afrika-Avropa 1 (AAE-1), Europe India Gateway, Seacom və TGN rabitə xətləri zədələnib.
Onlar məlumatların Asiyadan Avropaya ötürülməsi üçün vacibdir. Şirkət əvvəlki təcrübəni nəzərə alaraq hadisələrin bu cür inkişafına əvvəlcədən hazır olduqlarını və artıq digər xətlər üzrə məlumat axınının istiqamətləndirilməsinə başladıqlarını vurğulayıb.