Logo

“Azərbaycan muğamı” adlı yeni layihə çərçivəsində “Muğam mühazirələri” gecələri keçiriləcək

05.03.2024 22:58 259 baxış
IMG

Beynəlxalq Muğam Mərkəzi tərəfindən həyata keçirilən “Azərbaycan muğamı” adlı yeni layihə çərçivəsində martın 17-dən “Muğam mühazirələri” gecələrinə başlanılacaq.

Beynəlxalq Muğam Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, “Muğam mühazirələri” tanınmış xanəndə, pedaqoq, Əməkdar incəsənət xadimi Aqil Məlikovun rəhbərliyi ilə gerçəkləşəcək.

Muğam konserti şəklində təqdim olunacaq ədəbi-bədii gecədə muğam və qəzəlin bir-biri ilə bədii-estetik, lirik-emosional bağlılığı, qəzəllərin məzmunu, obrazlılığı, muğam musiqisinə təsiri mövzusunda çıxışlar dinləniləcək. Qəzəl janrının muğam ifaçılığında əhəmiyyətindən danışılacaq, muğam dəsgahları və təsniflər təqdim olunacaq. Konsertə giriş sərbəstdir.

Xəbər lenti